AZ

Yeni Kaledoniyada iğtişaşlarda 3 nəfər ölüb

Bakı. Trend:

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlarda 3 nəfərölüb.

Trend xəbərverir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, iğtişaşlara Parisdə Yeni Kaledoniyada 10 ilyaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququverən qanun layihəsinin qəbul edilməsi səbəb olub. Yerli liderlərinfikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünüazaldacaq.

Qeyd edək ki, 1853-cü ildən etibarən Fransanın müstəmləkəsiolan, 270 minlik əhalisi olan Yeni Kaledoniya Sakit Okeandayerləşən ada dövlətidir.

XX əsrin əvvəllərindən etibarən Fransa adada aşkarlanmış faydalıqazıntı yataqlarını istismar etməyə başlayıb. Belə ki, adanınqızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarılaraqFransaya daşınıb. Keçən əsrin 80-ci illərindən etibarən YeniKaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransamüstəmləkəçiliyindən qurtulmağa çalışır.

Yeni Kaledoniya dünyanın ən böyük 3-cü nikel istehsalçısıolmasına baxmayaraq, ölkədə hər beş nəfərdən biri yoxsulluqhəddinin altında yaşayır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
az.trend.az

4Mənbələr