AZ

FİFA dünya çempionatı ilə bağlı qərarını açıqladı

FİFA 2026-cı ildə keçirilməsi planlaşdırılan qadınların klublararası dünya çempionatı üçün iştirakçı sayını müəyyənləşdirib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda turnirdə 16 komandanın iştirakının planlaşdırıldığı bildirilib:

“Konfederasiyalar və digər maraqlı tərəflərlə aparılan geniş məsləhətləşmələrdən sonra ilk yarışa 2026-cı ilin yanvar-fevral aylarında 16 komandanın cəlb edilməsi qərara alınıb. Turnir dörd ildən bir keçiriləcək. Daha ətraflı məlumat zamanla açıqlanacaq.

FİFA qadınların klublararası dünya çempionatından əlavə, qadın komandaları üçün klub yarışlarının təşkilini planlayır”.

Qeyd edək ki, bu, qadınların klublararası dünya çempionatıdır. Daha əvvəl belə bir yarış keçirilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
4
cbcsport.az

5Mənbələr