AZ

Rusiya ordusu xeyli istiqamətdə uğurla irəliləyir -“The New York Times”

Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələri Ukraynada apardıqları döyüşlər zamanı eyni vaxtda bir çox istiqamətlərdə uğurla irəliləyir.News365.az xəbər verir ki, bu fikirlər Amerikanın “The New York Times” qəzetində dərc olunan məqalədəndir.

“Rusiya qüvvələri birdən-birə eyni vaxtda bir neçə, xeyli istiqamətdə irəliləyiş əldə edir... Ukraynadakı müharibənin dönüş nöqtəsinə çatdığını söyləmək hələ tezdir. Lakin Rusiyanın uğuru təkcə şimal-şərqdə müşahidə olunmur”, - məqalədə qeyd edilib.

Müəllif yazır ki, Rusiya ordusu təkcə Xarkov vilayətində irəliləmir. "Şərq cəbhəsində kiçik, lakin coğrafi baxımdan geniş sayılacaq uğurlar da var. Eyni zamanda, Avdeyevka yaxınlığındakı hücum zamanı Rusiya Silahlı Qüvvələri 15 kvadrat mil (demək olar ki, 39 kilometr-red.) irəliləməyə müvəffəq olub ki, bu da Ukrayna qoşunlarının Donetsk istiqamətində mövqeyini çətinləşdirib", - nəşr yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
news365.az

1Mənbələr