AZ

Hərbçilərimizin Ermənistandan çıxarılmasını təklif etməmişik -Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın İrəvana sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı təkliflər göndərməsi xəbərini təkzib edib. News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr reallığa uyğun gəlmir. Bu doğru xəbər deyil”, - diplomat brifinqdə bildirib.

Xatırladaq ki, mayın 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru vəzifəsinə namizəd olan Aleksandr Bortnikov bəyan etmişdi ki, Ermənistan Moskvadan rus sərhədçilərin müvəqqəti əməliyyat qruplarını geri çəkməyi xahiş edib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
news365.az

1Mənbələr