AZ

İki uşaq dəm qazından zəhərləndi - Biri öldü

Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib.

Hafta.az xəbər verir ki, hadisə Ağcabədi rayon Boyat kəndində qeydə alınıb. Kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər.

Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
13
hafta.az

10Mənbələr