AZ

İngiltərədə ÇL-yə gedən klublar müəyyənləşdi

"Tottenhem" Premyer Liqanın 34-cü turunun matçında "Mançester Siti"yə məğlub olaraq (0:1) Çempionlar Liqasının növbəti mövsümündə oynamaq şansını itirib.

Offsideplus.az xəbər verir ki, çempionatın başa çatmasına 1 tur qalmış "xoruzlar"ın 63 xalı var və 5-ci yerdədir. 4-cü pillədə qərarlaşan "Aston Villa" isə 68 xal toplayıb.

Beləliklə, "şirlər" Çempionlar Liqasının növbəti mövsümündə İngiltərədən ("Mançester Siti", "Arsenal" və "Liverpul"dan sonra) dördüncü komanda olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
offsideplus.az

2Mənbələr