"Rusiya həmişə Ermənistanla müttəfiqlik səviyyəsindən çıxış edib".
News365.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə İrəvanla Moskva arasında münasibətlərin istiləşməsi şansının olub-olmaması sualına cavab verərkən deyib.
“Bu əlaqələr tarixi idi və bu, ikitərəfli yoldur. Bizim tərəfdən bu küçədə heç vaxt ziqzaqlar olmayıb və yerdə qalan məsələləri artıq rəsmi İrəvandan soruşun”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, son bir ildə İrəvan Rusiya ilə münasibətləri xeyli gərginləşdirib.
Tural