AZ

Qonşuluqda yeni Ermənistan dövləti yaranır: 400 km aralıda... - Bakı DİQQƏTLİ OLMALIDIR

Ermənistanda yenidən ara qarışıb, məzhəb itib. Hadisələr 44 günlük müharibədən sonrakı prosesləri çox xatırlatsa da, situasiyalar tamamilə fərqlənir. Öncə onu qeyd edtmək yerinə düşər ki, indi Ermənistan baş naziri Nikol Paşinyan daha özgüvənli, daha sərbəst təsiri bağışlayır. Əgər Həmin vaxt Nikol Paşinyan məğlubiyyətin günahkarı və baş verənlərin əsas səbəbkarı pzünün olmadığını ictimaiyyətinə izah etməyə çalışırdısa, bu gün onun qarşısındakı tələb və məqsədlər tamamilə fərqlənir.

Buna misal olaraq ötən ilin sonundan Bakı ilə İrəvan arasında başlayan ikitərəfli diplomatik dinamikanın bu gün daha periodik hal alması və nəticədə 19 apreldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələində ortaq məxrəcə gəlinməsini nümunə kimi göstərə bilərik. O vaxtdan iki ölkə arasında heç bir vasitəçi olmadan danışıqların sürətli şəkil alması və böyük mənada bir çox mövzularda razılıqların əldə olunduğu xəbərləri yaxın gələcəkdə Bakı ilə İrəvan arasında yekun sülh sənədinin imzalanmasını da qaçılmaz edəcək kimi görünür. 

Necə ki, bunu ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışında deyib: "Azərbaycanla əldə olunmuş razılaşmaları sülh müqaviləsinə daxil etməyin və müqaviləni imzalamağın vaxtı çatıb". Bəli, İrəvan illərdir köləsi olduğu dövlətlərdən qurtulmaq üçün Nikol Paşinyanın rəhbərliyi altında yeni dönəmə qədəm qoyur. Təbii ki, bu proses heç şübhəsiz ki, bir çox istər Qərb, istərsə də region dövlətlərini, qüvvələri ciddi narahat edir, narazılıqlarına səbəb olur. Lakin proseslər düşünməyə əsas verir ki, Paşinyan hakimiyyəti vassal rolundan xilas olmaq üçün elə məhz Bakı və Ankara ilə münasibətləri tənzimləmək, ərazi iddialarından əl çəkməyin kifayət etdiyini yavaş-yavaş dərk etməkdədir. 

Eyni cür açıqlamanı bundan günlər öncə də Nikol Paşinyan dilə gətirmişdi. Ermənistanın baş naziri Azərbaycanla sülh və ya çərçivə sazişinin noyabra qədər imzalanması mümkünlüyünü səsləndirməklə həmin ayda Bakıda iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransda iştirakına işarə edib. Bu mümkündür. Noyabra qədər saziş imzalanarsa bu Bakıdakı tədbirin əhəmiyyətini artıracaq. Ancaq buna qədər Nikol Paşinyanın ölkə daxilində işə heç də az sayılmamalıdır.

Paşinyan indi faktiki olaraq erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, iqtidar daxilində ona qarşı formalaşan paralel hökumət və alternativ müxalifətlə mübarizə aparmaq məcburiyyətindədir. Təbii ki, Paşinyana qarşı bu cəbhələri idarə edən və yönləndirən qüvvələr mövcuddur. Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi Paşinyanın 2018-ci il ssenarisinin təkrarı olan hərəkatda əsas detal kilsənin indiyə qədər arxa planda yön verdiyi Ermənistan siyasətində aktiv oyunçuya çevrilməsidir. Kilsə və Paşinyan arasında qarşıdurma yeni deyil, lakin erməni keşişləri siyasətə açıq müdaxiləyə məcbur edən səbəblər var. Bu səbəbləri süni şəkildə yaradan qüvvələr də ortada...

Nikol Paşinyan bu gün qonşularla mübahisəli məsələlərə, ərazi iddialarına son qoymaqda maraqlı kimi görünür. Bu da regionda yeni Ermənistan dövlətinin yaradılma prosesinə şahidlik etdiyimizi düşünməyə əsas verir. Çünki əvvəllər Ermənistanda müstəmləkə mexanizmi idi. Amma indi Paşinyan bu vəziyyəti dəyişmək üçün görürük ki, praktiki addımlar atmaq istiqamətində ilk addımları atmağa başlayıb. Bu gün o Ermənistanın dövlətçilik ənənələrini, müstəqil siyasət yürütmək planı qarşısına qoyan bir erməni dövlət başçısını izləyirik. 

Nikol Paşinyan da yaxşı bilir ki, regionun əsas aktoruna çevrilən Azərbaycanın qırmızı xəttləri ki, var, onlara toxunmadan Cənubi Qafqazda çox rahat yaşaya, mövcud ola bilərlər. Rəsmi İrəvanı dalan dövlətindən xilas edəcək yeganə doğru addım da bu ola bilər. Son qlobal proseslər, ediləmn müdaxilələr və korrektələr sonrası tam əminliklə deyə bilərik ki, Cənubi Qafqazda, qonşuluöumuzda, 350-400 km o tərəfdə fransız, amerikan dizaynl bir yeni erməni dövləti yaranır. Bu ida Azərbaycana daha dəqiq və nəticəyə hesablanmış ev tapşırıqları qurmaq, planlar hazırlamaq üçün əlavə səbəbdir.

Vaqifoğlu

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
titul.az

1Mənbələr