AZ

“Neftçi”nin legioneri qeyri-müəyyənlikdə

“Neftçi”nin futbolçusu Reziuan Mirzovun Bakı klubundakı taleyinə mövsüm bitdikdən sonra aydınlıq gələcək.

İdman.biz xəbər verir ki, bunu 31 yaşlı rusiyalı yarımmüdafiəçinin agenti Aleksandr Klyuyev açıqlayıb.

O bildirib ki, müqaviləsi yayda başa çatacaq Mirzovun gələcəyi hələ qeyri-müəyyəndir: “Mirzovun “Neftçi” ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatında son oyunlar keçiriləcək. Yalnız bundan sonra vəziyyətə baxacağıq. Başqa nə isə əlavə edə bilmərəm”.

Qeyd edək ki, Reziuan mövsümün 24 matçında 1 qol və 1 assistə imza atıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
idman.biz

1Mənbələr