AZ

 Baqrat həddini aşdı: Hərəkatı dəstəkləyən məmurlar işdən qovulur

Keşiş Baqratın “Vətən üçün Tavuş hərəkatı"artıq Ermənistan hakimiyyət orqanlarında ” böyük bir çaş-başlığa səbəb olub.

Əslində hakimiyyət Baqratın başlatdığı bu hərəkata əvvəldən ciddi yanaşmasa da artıq etiraf edir ki, bu hərəkatın sonu yaxşı qurtarmaya bilər. Çünki arxiyepiskop Baqrat Qalstanyan mediaya baş nazir olacağı ilə bağlı informasiyalar da verir. Hər gün onun tərəfdarlarının artdığı isə göz qabağındadır.
Erməni mediası bildirir ki, R.A.Yolyan adına Hematologiya və Onkologiya Mərkəzinin direktoru İrəvana yürüş zamanı yepiskopu salamladığı üçün işdən çıxarılıb. Direktor olan  tibb elmləri üzrə dosenti A. H. Danielyan işdən çıxarılmasında başqa səbəb görmədiyini açıqlayıb.


Ermənistanın Uşaq Xərçəng və Qan Xəstəlikləri Mərkəzinin rəhbəri Gevorq Tamamyan da Baqrata dəstək verdiyini önə çəkib.
Görünən odur ki, Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsi “Moskvanın Paşinyanı devirmək” tezisini inkişaf etdirdikcə , İrəvan küçələri dolduqca baş nazir Paşinyan daha ciddi tədbirlər görməyə çalışır desək yanılmarıq. Elə neçə gündür, İrəvan küçələrində etirazçıların saxlanması və polis bölmələrinə aparması dediyimizə misaldır.


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
adalet.az

1Mənbələr