AZ

2 ərəb klubunun hədəfinə düşdü

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, 32 yaşlı yarımmüdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan iki klubun maraqlı olduğunu qeyd edib.

 Agent Kazemiro artıq potensial işəgötürənlərlə danışıqlara başlayıb.

Bu mövsüm yarımmüdafiəçi 30 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı və "qırmızı şeytanlar" arasındakı hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
90deqiqe.az

1Mənbələr