AZ

Bəzi televiziya verilişləri Azərbaycanda boşanmaların sayını ARTIRIR - AÇIQLAMA

Bəzi televiziya verilişləri Azərbaycanda boşanmaların sayını ARTIRIR - AÇIQLAMA

2024-cü ilin 1-ci rübündə ölkədə Mediasiya Təşkilatlarına 11 692 müraciət daxil olub, bunlardan 10 308 müraciət tamamlanıb. Bunlardan təxminən 10 000 müraciət ailə mübahisəsinin payına düşür. 522 müraciət kommersiya, 487 müraciət əmək mübahisələrinin, 83 mübahisə isə digər mülki mübahisələrin payına düşür. Burada mübahisə təkcə boşanmadan getmir. Uşaqla ünsiyyət, qızıl zinət əşyaların geri alınması, cehizin geri alınması və s. statistika ailə mübahisələrinin tərkibinə daxildir. Ailə mübahisələrindən təxminən 317 işə xitam verilib, məhkəməyə getməyib.

Statistikaya diqqətlə baxsaq, rəqəmlər sözün əsl mənasında dəhşətdir. Görünən odur ki, Azərbaycanda artıq ənənəvi ailə anlayışı tamamilə dəyişir. Boşanmaların sürətlə artdığı və uşaqların fərqli damlar altında böyüməyə başladığı bir zamanda həm valideynlər, həm də cəmiyyətin bu dəyişikliyə uyğunlaşması normal deyil. Bəs problemin həlli nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mail Yaqubov deyib ki, bu gün Mediasıya Təşkilatlarına müraciətlərin mütləq əksəriyyəti boşanmalar ilə bağlıdır. Eyni zamanda buna aid olan problemlərin adını çəkə bilərik:

"Uşaq varsa, ortada qalır. Analar haqsıq olaraq uşağına atasını görməyə icazə vermir. Qanun buna yol qoyub. Həftəsonu ata öz övladlarını görə bilər. Amma ana buna icazə vermir. Digər tərəfdən cehiz məsələləri, qızıl-zinət əşyalarının bölünməsi məsələləri var. Bütün bunlar bizim reallıqlarımızdır. İndi məsələnin həllini iki istiqamətdə axtarır m: hüquq və əxlaqi tövsiyələr. Mən düşünürəm ki, Azərbaycanda boşanmalara rəvac verən bəzi televiziya verilişləri var. Bunlar qəsdən boşanmaların artmasına şərait yaradırlar. Əsas bunların qarşısını almaq lazımdır. Problemin həlli budur. Əgər biz Azərbaycanda ailələrin boşanmağını istəmiriksə, problemin səbəblərini aradan qaldırmalıyıq. Təkcə maddi problemlər deyil. Ailə mövzusunda televiziyalarda davamlı olaraq danışılmalıdır. Ciddi ekspertlər, sosioloqlar və psixoloqlar prosesdə iştirak etməlidir. Əks halda faciənin qarşısını ala bilməyəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
sonxeber.az

1Mənbələr