AZ

"Facebook-u bu otaqda qurdum" - 40 yaşlı milyarderə xüsusi hədiyyə


"Meta"nın qurucusu Mark Zukerberq sosial media hesabındakı paylaşımları ilə gündəmə gəlib. 40 yaşını qeyd edən milyarder həyat yoldaşı və uşaqları ilə yeni fotolarını yayımlayıb. Həyat yoldaşının xüsusi sürprizi onu gəncliyinə qaytarıb.

Sherg.az xəbər verir ki, Facebook, WhatsApp və Instagram-ın çətir şirkəti olan "Meta"-nın baş direktoru Mark Zukerberq 40 yaşını qeyd edib.

Var-dövləti ilə tez-tez ad çıxaran milyarder sosial media hesabında qızları və həyat yoldaşı ilə çoxlu fotolarını paylaşıb.

Ad günü partisi üçün həyat yoldaşına təşəkkür edən Zukerberq, "Priskilla mənim üçün kiçik bir ziyafət verdi və gəncliyimdə yaşadığım bir çox yeri canlandırdı"- deyə bildirib.
Zuckerberg'ün doğum gününe özel, kod yazmayı öğrendiği odası aslına uygun bir şekilde dekore edildi.
 Zukerberqin ad gününə özəl, kod yazmağı öyrəndiyi otağı xüsisi zövqlə bəzədilib.

Zukerberq milyarder Bill Qeytslə bir araya gəldiyi kadrı belə şərh edib: "Facebook-u qurduğum Harvarddakı yataqxana otağım (xüsusi qonaqla)."

Milyarder bu şəklin altına belə yazıb: "100 milyon insana çatana qədər yaşadığım ilk mənzilim".

Zukerberq “Qızlarıma böyüdüyüm otağı göstərirəm” deyərək övladları ilə birlikdə poza verməyi də unutmayıb.

Qeyd edək ki, 2012-ci ildə Priskilla Chan ilə evlənən Zukerberqin Maksima, Avqust və Aureliya adlı üç qızı var.

Zukerberq Forbes-in dünyanın ən zəngin adamları siyahısında 4-cü yerdədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
16
sherg.az

10Mənbələr