AZ

"Mixaylo"nun Pula şəhərində yazdığı şeir - Mətn

Məşhur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə dünyada tanınan ən məşhur azərbaycanlılardan biridir. İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.

O həm şəkil çəkir, tar çalır, şeir yazır, həm də minatəmizləmə işini bilirdi, yüksək məharətlə maşın sürürdü. M.Hüseynzadənin dostu, Azərbaycan Rəssamlar İttifaqının katibi M.Tərlanovun dediklərinə görə, onun ən çox sevdiyi şairlər Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun və Süleyman Rüstəm idi.

Kulis.az onun 1944-cü ilin aprelində Pula şəhərində yazdığı şeiri təqdim edir.

Nə olur bir sarı yapraq olaydım,
Sabahın yelləri alaydı məni.
Aşıb bəyaz qarlı hündür dağları,
Vətən torpağına salaydı məni.
Sabahın yelləri alaydı məni,

Əzizim, ellər ayrısı,
Bülbüləm, güllər ayrısı,
Bir gününə dözməzdim, yar
Olmuşam illər ayrısı.

Bir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
kulis.az

1Mənbələr