AZ

Anar Eyvazov: Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq

Xocalı, 15 may, AZƏRTAC

“Bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün müddətində uğurla başa çatdırıldı. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının liderləri arasında imzalanmış Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları fəaliyyətə başlamışdı. 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra artıq bu missiyanın da fəaliyyətinə ehtiyac qalmadı”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında söyləyib.

"Sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsi barədə dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq sülhməramlı kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilir",- deyə o vurğulayıb.

Anar Eyvazov bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir və yaxın vaxtlarda yekunlaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
50
azertag.az

10Mənbələr