AZ

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - Açıqlama

“Hazırda ölkədə aylıq minimum əməkhaqqı standartı tətbiq edilir. Yəni 1 ay ərzində işçiyə 345 manatdan aşağı maaş vermək olmaz. İndi isə aylıq minimum əməkhaqqını saatlıq minimum əməkhaqqı ilə əvəz etmək istəyirlər. Məqsəd bu sahədə çevikliyi artırmaq, nəzarət imkanlarını yaxşılaşdırmaqdır. Ola bilər ki, işçi ilə məsələn, 1-22 saatlıq müqavilə bağlansın və bunun üçün də saatlıq minimum əməkhaqqı müəyyən edilsin”.



Bunu Bakupost.az -a iqtisadçi ekspert Xalid Kərimli ölkədə aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, əvəzetmənin minimum maaş alanlar üçün heç bir üstünlüyü yoxdur:

"Çünki bu, texniki hesablama qaydasıdır. Əvəzetmə minimum əməkhaqqının artırılmasına yox, hesablama qaydasının dəyişdirilməsinə yönəlib. Azərbaycanda aylıq minimum əməkhaqqı bu il böyük ehtimal artırılmayacaq. Əgər artırılsa belə, müvafiq qərar 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Əsas iş yerlərində çalışanlar üçün bunun heç bir fərqi yoxdur. Bəzi işçilər isə aylıq deyil, saat üzrə çalışır. Bu halda minimum saatlıq əməkhaqqının müəyyənləşdirilməsi həmin şəxslərin hüquqlarının qorunması baxımından müsbət hadisə ola bilər. Bu, həm işəgötürən, həm də işçi üçün rahatlıq yaradır. Azərbaycanda minimum aylıq əməkhaqqı çox kiçik olduğundan, bu kimi tədbirlərin ciddi təsirinin olacağını düşünmürəm. Gələcəkdə minimum əməkhaqqı artırılarsa, bu, işçi bazarında münasibətlərin təkmilləşdirilməsinə kömək edəcək”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
bakupost.az

10Mənbələr