AZ

Çağlar Söyüncü “Fənərbağça”da qalacaq? - QƏRARINI VERDİ

"Fənərbağça"nın ara transfer dövründə icarəyə götürdüyü Çağlar Söyüncü gələcəyi ilə bağlı qərarını verib. 

90deqiqe.Az Türkiyə mediasına istinadən xəbər verir ki, o, karyerasını "Fənərbağça"da davam etdirmək istəyir.

Yanvarda "Fənərbağça"nın "Atletiko Madrid"dən yarım mövsümlük icarəyə götürdüyü Çağlar Söyüncü "Kayserispor"la son matçda “Sarı-lacıvərdlilər”in forması ilə ilk qolunu vurub.

Çağlar Söyüncü qol vurduğu “Kayserispor” matçından sonra verdiyi açıqlamada komandanın qələbəsinin daha önəmli olduğunu bildirib: “Burada önəmli olan “Fənərbağça”dır. Bacardığımız qədər bu yerə layiq olmağa çalışacağıq. “Fənərbağça” tərəfdarı olmaq həqiqətən bir imtiyazdır”.

Qeyd edək ki, "Atletiko Madrid" mövsümün əvvəlində Çağlar Söyüncünü pulsuz heyətinə qatıb və 27 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
90deqiqe.az

1Mənbələr