AZ

Rusiya XİN: “Bu qanun ukraynalıların “soyqırımı“dır“

Ukraynada qəbul edilən səfərbərlik haqqında qanun ukraynalılara qarşı soyqırım aktıdır. News365.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"İndi isə Ukraynada mayın 18-də qüvvəyə minən və həqiqətən dəhşətli cinayət sayılan qanun haqqında. Söhbət Kiyev rejimi və onun arxasında duranlar tərəfindən Ukrayna xalqına qarşı soyqırım aktından gedir", - o deyib. .

Diplomat əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski rejimi ukraynalıları özünü qorumaq və “anqlo-sakson ağalarının” geosiyasi məqsədlərinə çatmaq naminə qurban verir. “Söhbət milyonlarla insandan gedir ki, onlar bir gecədə məhz bu Kiyev bandasının liderinin qələminin zərbəsi sayəsində tükənmək həddinə çatacaqlar”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
news365.az

1Mənbələr