AZ

Bəşir Hacıyev: Azad olunmuş ərazilərdə baş verən yanğınlar daha təhlükəlidir

Ağdam, 15 may, Göyçək Mahmudlu, AZƏRTAC

Azad edilmiş ərazilərdə baş verən yanğınlar daha təhlükəli hesab olunur. Çünki həmin ərazilər mina və partlamamış sursatlardan hələ tam təmizlənməyib.

AZƏRTAC xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Ağdamda keçirilən regional müşavirədə deyib.

"Azad edilmiş torpaqlarda baş verən yanğınların fəsadları daha böyük ola bilər. Hətta partlamalarla müşahidə edilə bilər. Bu səbəbdən həmin ərazilərdə yanğınların qarşısının alınması daha çətinləşir. Odur ki, vətəndaşlar daha ayıq-sayıq olmalı və yanğın zamanı aidiyyəti qurumlara məlumat verməlidirlər. Hər birimiz bu işin məsuliyyətini dərk etməliyik", - deyə B.Hacıyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
3
azertag.az

4Mənbələr