AZ

“Ermənistan bunu etməyə məcburdur” – Politoloqdan ÖZƏL AÇIQLAMA

Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyaları bir neçə gündür davam edir. Bu gün görünən mənzərəyə baxıb demək olarmı ki, revanşistlərin hakimiyyəti dəyişmək cəhdləri uğursuz oldu? Etirazlar Nikol Paşinyanın qərarlarına təsir edə bilərmi? Yəni gərginlik səngidikdən sonra Ermənistan baş naziri qərar verərkən bu etirazları nəzərə alacaqmı? 

Məsələ ilə bağlı Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova Ednews-a açıqlaması zamanı qeyd edib ki, Ermənistanda baş verən hadisələrin qaynağı yalnız iqtidar dəyişməyi istəyi deyil:

“Müxalifət ümumiyyətlə, siyasi kursun dəyişilməsinin tərəfdarıdır. Buna baxmayaraq biz görürük ki, hazırda Ermənistanda Paşinyanın tərəfdarları onlardan daha çoxdur. Nikol Paşinyana qarşı nə qədər etiraz olsa da erməni xalqı və Paşinyan da bilir ki, delimitasiya və demarkasiya məsələlərinin uzanması və əsas olaraq iki ölkə arasında sülh müqaviləsinin bağlanmaması Ermənistan üçün böyük problemdir. Ermənistan nə qədər ki regionda qeyri-sülh vəziyyətində yaşayacaq, bu bir o qədər də Ermənistanın zərərinədir. Ermənistanın faktiki hakimiyyəti bilir ki, bu şəraitin uzanması onları regional və beynəlxalq lahiyələrdən, əməkdaşlıqlardan uzaq tutur. Buna misal Türkiyə ola bilər ki, qardaş ölkə ilə  münasibətlərin olmaması Ermənistanın işğalçı dövlət olmağından qaynaqlanır. Ona görə bu gün Ermənistanda baş verən hadisələri erməni xalqı anlayır. Onlar bilir ki, bu müharibənin sonu olmalıdır ki, Ermənistan inkişaf edə bilsin”.

Politoloq düşünür ki, Ermənistanda olan askiyalar xarici qüvvələr tərəfindən maliyyələşdirilir:

“Burada əsas rolu Rusiya oynayır. Mitinqlərin genişlənməsi regionda vəziyyəti gərginləşdirməkdə saxlayır. Hazırda Nikol Paşinyanın üsyanları yatırmaq üçün yetəri gücü var. Hakimiyyət tərəfindən üsyançıların həbsi və ya neytrallaşdırılması ola bilsin ki, baş tutsun. Ermənistan dövləti regionda sabitliq yaradaraq, sülh müqaviləsinə gedərək özünü normal bir dövlət kimi göstərmək məcburiyyətindədir. Bunu Paşinyan başa düşür və ona görə də Azərbaycan torpaqlarından geri çəkilmək məsələsini də deyir və bildirir ki, bu torpaqlar Azərbaycan əraziləridir”. 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
ednews.net

1Mənbələr