AZ

İlkay Gündoğan "Qalatasaray"a gələ bilər?

İlkay Gündoğan "Qalatasaray"a gələ bilər?



 14:00 15.05.2024     113

Çempionatda "Fənərbaxça"nı 6 xal qabaqlayan "Qalatasaray" artıq növbəti mövsüm üçün transfer işlərinə başlayıb.

Demedia.az xəbər verir ki, "Sarı-qırmızılar" "Barselona"da çıxış edən İlkay Gündoğanı heyətinə qatmaq istəyir.

Yağız Sabuncuoğlunun xəbərinə görə, "Qalatasaray" tərəfdarı olduğunu dəfələrlə dilə gətirən türk əsilli alman futbolçu üçün Cimbom addım atacaq. Xəbərdə sarı-qırmızılı komandanın yay transfer dönəmində İlkay Gündoğana mütləq təklif edəcəyi bildirilib. 

Komandanın Barselonadakı çıxışı ilə bağlı tənqidləri ilə gündəmə gələn İlkay dəfələrlə Kataloniya komandasının tənqid hədəfinə çevrilib. Təcrübəli yarımmüdafiəçinin Barçada yaşadığı bu problemlər onun mövsümün sonunda ayrılma ehtimalını daha da gücləndirdi.

Aysun / Demedia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
demedia.az

1Mənbələr