AZ

Rusiya XİN: Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır

Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır, çünki Rusiya bu ölkə ilə müttəfiqlik münasibətlərinə sadiq qalır.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə "News.ru"nun Moskva ilə İrəvan arasında siyasi əlaqələrin pisləşməsi ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, bu sual İrəvana ünvanlanmalıdır: “Rusiya həmişə Ermənistanla münasibətlərin müttəfiqlik səviyyəsindən çıxış edib və sadiq olub. Bu tarixi idi. Ancaq şübhəsiz ki, bu, ikitərəfli bir yoldur. Bizim tərəfimizdən bu küçədə heç vaxt ziqzaq olmayıb. Qalan hər şeyi isə rəsmi İrəvandan soruşun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
8
report.az

8Mənbələr