AZ

Qəzzada həlak olan BMT əməkdaşlarının sayı açıqlandı

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) 189 əməkdaşı həlak olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə təşkilatın Fələstinli Qaçqınlara Yardım Agentliyi (“UNRWA”) məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu tərəfindən Qəzzada öldürülən “UNRWA” əməkdaşlarının sayı 7 oktyabr 2023-cü ildən bu yana 189 nəfə yüksəlib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) hesabatda qeyd olunur ki, ehtiyacın artmasına baxmayaraq, humanitar yardımın Qəzzanın şimalına daxil olmasının qarşısı davamlı olaraq alınır.

Hesabatda İsrail səlahiyyətlilərinin 1-9 may tarixləridə Qəzzanın şimalına planlaşdırılan 32 humanitar yardım karvanından yalnız 9-na izin verilib. Daha 5 humanitar yardım karvanının Qəzzanın şimalına daxil olmasın izin verilməyi, 7-si isə logistik maneələrə görə ləğv edilib.

Qeyd edək ki, son məlumatlara görə, oktyabrın 7-dən İsraildə 1,5 min, Qəzza zolağında isə ölənlərin sayı 35 min 173 nəfərə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
cebheinfo.az

1Mənbələr