AZ

Azərbaycan əhalisi geyimə nə qədər pul xərcləyib? - STATİSTİKA

Azərbaycanda yaşayan insanların toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclədiyi pul bu ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə mövcud qiymətlərlə 6,5 faiz, real qiymətlərlə, yəni inflyasiya nəzərə alınmadan 4,8 faiz artıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bir il əvvəl adıçəkilən mal qrupu üzrə 2,139 milard manat pul xərcləndiyi halda bu il çəkilən xərc 2,278 milyard manata çatıb. Dördaylıq dövrdə xərclərdəki artım 139 milyon manat təşkil edib. 


Digər qeyri-ərzaq malları ilə müqayisədən görürük ki, heç birində çəkilən xərclər belə yüksək miqdarda artmayıb. Ötən illə müqayisədə bu il insanlar hər ay orta hesabla toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına 35 milyon manat əlavə pul xərcləyib. 


Yəqin ki, ilin qalan aylarında da toxuculuq məhsulları, geyim və ayaqqabılara çəkilən xərclərdə artımlar davam edəcək və ötən illə müqayisədə çəkilən əlavə xərclər 500 milyon manata çatacaq. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
sfera.az

1Mənbələr