"Azərbaycan və Rusiya prezidentləri arasında Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsinə dair əldə olunmuş razılığa əsasən, Rusiya sülhməramlılarının fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirilir. Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak edir. Sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq. Hazırda biz Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin bazasındayıq. Onu da qeyd edim ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir. Bununla bağlı əlavə məlumat veriləcək", - o bildirib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta