AZ

Kilsə dövləti necə idarə edir? - Professor faktları açıqladı

Ermənistanda konstitusiyaya uyğun olaraq din dövlətdən ayrıdır. Buna baxmayaraq din xadimləri siyasətə qarışırlar, dövlətin idarəçiliyinə müdaxilələr edirlər. Bütün bunlar azmış kimi erməni kilsə xadimləri Allahın evi olan kilsəni silah-sursat anbarına çevirirlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

O qeyd edib ki, bununla bağlı onlarla sənəd və fakt göstərmək olar: “Erməni sinodunun üzvləri yarandıqdan bəri daşnak partiyasının üzvləri ilə bərabər hərəkət ediblər və onlarla çulğalaşıblar. Bu, həm daşnak Ermənistanı, həm də sovet Ermənistanı zamanı belə olub”.

Professor bildirib ki, sovet dövründə kilsənin fəaliyyəti bir qədər məhdudlaşdırılsa da, əslində əvvəlki siyasət başqa formalarla davam etdirilib: “Ermənistan dövlət müstəqilliyini qazandıqdan sonra bütün qanlı hadisələrin başında kilsə durub”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
teleqraf.com

2Mənbələr