AZ

Sirr açıldı: Onu "Real"a Vinisius gətiribmiş

"Real"ın hücumçusu Vinisius Junior maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşı Cud Bellinqemi Madrid klubuna transferində kömək etdiyini bildirib:

"Cudun "Real"a keçməsi üçün əlimdən gələni etdim. Mən onun böyük fanatıyam. Ümid edirəm ki, o, La Liqanın bombardiri olacaq. Mən bu işdə ona kömək etmək istəyirəm. Əla anlaşmaya sahibik".

Qeyd edək ki, La Liqada mövsümün başa çatmasına iki tur qalmış Bellinqem “Vilyarreal”dan Aleksandr Sörlotla (hər birində 19) bombardirlər siyahısında 2-3 yerləri bölüşür. Yarışda lider "Jirona"nın hücumçusu Artem Dovbikdir - 20 qol.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
publika.az

1Mənbələr