AZ

Borrell: "Xarici təsir" haqqında qanun Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir

"Xarici təsir" haqqında qanunun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell və Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyinin birgə bəyanatında qeyd olunub.

"Aİ gürcü xalqının, onun demokratiya və Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı seçiminin yanındadır. Vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə və jurnalistlərə, habelə onların ailə üzvlərinə qarşı hədə-qorxu, təhdid və fiziki təzyiqlər qəbuledilməzdir. Biz Gürcüstan hakimiyyətini bu faktları araşdırmağa çağırırıq".

Bəyanatda xatırladılır ki, Avropa Komissiyası 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq 9 addımın atıldığını qeyd edərək Gürcüstana namizəd ölkə statusu verib. "Bu addımlar insan hüquqlarının qorunmasını, vətəndaş cəmiyyətinin, eləcə də medianın sərbəst fəaliyyət göstərməsini tələb edir”.

Borrell və Varhelyi qeyd edir ki, beynəlxalq ictimaiyyətin etirazlarına və birmənalı çağırışlarına baxmayaraq, Gürcüstan hökuməti “xarici təsir haqqında” qanunu parlamentdə üçüncü oxunuşda qəbul edib. "Aİ qanunun ruhu və məzmununun Aİ-nin əsas norma və dəyərlərinə uyğun olmadığını açıq şəkildə və dəfələrlə bəyan edib. Bu, vətəndaş cəmiyyətinin və müstəqil medianın işinə xələl gətirəcək, halbuki sərbəst toplaşmaq və ifadə azadlığı Gürcüstanın Assosiasiya Sazişinin bir hissəsi kimi və Aİ-yə üzvlük yolunun əsasını təşkil edən öhdəliklərinin əsasını təşkil edir. Bu qanunun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir. İrəliləmək seçim Gürcüstanın əlindədir. Biz Gürcüstan hakimiyyətini qanunu geri götürməyə, Aİ yoluna sadiqliklərini dəstəkləməyə və zəruri islahatları davam etdirməyə çağırırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
apa.az

1Mənbələr