AZ

Elman Rəfiyev: “Direktoram, mənə ad, mükafat vermək istəmirlər”

"O vaxt mənə Əməkdar mədəniyyət işçisi adını vermək istəyirdilər, dedim, o adı versəniz, imtina edəcəm".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elman Rəfiyev Lent.az-ın sualına cavab olaraq deyib.

Aktyor DövlətPantomim Teatrının direktoru olduğuna görə adınin mükafatçılar siyahısına salınmadığını qeyd edib:

“Aktyor olduğumu unudublar. Tamaşalara, filmlərə çəkilirəm. "Direktorsan" deyib vermirlər. O vaxt mənə Əməkdar mədəniyyət işçisi adını vermək istəyirdilər, dedim, o adı versəniz, imtina edəcəm. Məcbur olub Əməkdar artist adını verdilər.

12 il keçib üstündən. Bu janrda ən qocaman aktyor mənəm, Xalq artisti adını vermək istəmirlər, səbirlə gözləyirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
kulis.az

1Mənbələr