AZ

“Xarakter göstərməyə çalışdıq, bütün gücümüzü meydanda qoyduq, belə də davam etməliyik“

“Oyun çətin keçdi.

Xarakter göstərməyə çalışdıq, bu matçda 3 xal bizim üçün çox vacib idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un hücumçusu Otto Con Premyer Liqanın 34-cü turunda səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Nigeriyalı forvard xarakter nümayiş etdirdiklərini bildirib:

“Bütün gücümüzü meydanda göstərdik. Komanda olaraq birlikdə xarakter nümayiş etdirdik və lazım olan 3 xalı qazandıq.

Bu nəticəyə görə sevinirəm. Belə də davam etməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
49
sportinfo.az

10Mənbələr