AZ

Ermənistan Müdafiə Nazirliyində kadr təyinatları olub

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə respublikanın Silahlı Qüvvələrində yeni kadr təyinatları həyata keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Silahlı Qüvvələrdə aşağıdakı təyinatlar olub:

- Hraç Stepanyan Müdafiə Nazirliyinin kadr siyasəti baş idarəsinin rəisi təyin edilib;

- Mher Şirinyan Müdafiə Nazirliyinin silahlanma və texniki təminat idarəsinin rəisi təyin edilib;

- Aram Poqosyan Müdafiə Nazirliyinin maddi-texniki təchizat idarəsinin rəisi təyin edilib;

- Qeqam Paşikyan Müdafiə Nazirliyinin hərbi tibbi təminat idarəsinin rəisi təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
2
modern.az

3Mənbələr