AZ

Bolt:Azərbaycanda və Fransada 

Estoniya şirkətinin Avropadakı davranışı ilə Azərbaycanda davranışı seçilir. 

Avtosfer.az xəbər verir ki, Bolt şirkətinin baş direktoru Markus Villiq bu günlərdə Parisdə səfərdə olub. Fransada Uberdən sonra ikinci taksi şirkəti olan Bolt burada bir sıra layihələr reallaşdırmaq niyyətindədir. 


Şirkətin rəhbəri bildirib ki, yaxın 5 ildə sürücülərin ekoloji təmiz avtomobillər əldə etməsi üçün 100 milyon avro sərmayə qoyulacaq. Bunun üçün sürücülərə verilən bonuslar bank zəmanəti ilə əvəz ediləcək. Daha 150 milyon avro isə servis və təlim mərkəzinin tikintisinə sərf ediləcək. Bu mərkəz həm sürücü hazırlığı, həm də avtomobil servisi ilə məşğul olacaq. Mərkəzdə sürücülərin istirahəti üçün şərait də nəzərə alınıb.
Qeyd edək ki, son illərdə Avropa ölkələri böyük şəhərləin mərkəzində köhnə avtomobillərin istismarını məhdudlaşıdrır. Bu səbəbdən qlobal taksi şirkətləri sürücülərin avtomobil əldə etməsinə dəstək göstərir. 
Görəsən bunu Azərbaycanda nə vaxt görəcəyik?

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
avtosfer.az

1Mənbələr