AZ

Bakı Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin mitinqinə icazə verməyib

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 19-da etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib

Şəhər rəhbərliyi müxalifətin mitinq üçün təklif etdiyi  yerləri məqbul saymayıb. Belə ki, Yasamal rayonundakı stadionda "təmir işləri gedir", metronun 28 may və Nərimanov stansiyalarının qarşısındakı meydanlar isə sərnişin və nəqliyyat vasitələrinin sıx olduğu yerlərdir.

Demokratik Qüvvələrin Milli Şurası müzakirələrdən sonra aksiyanın keçirilməsilə bağlı qərar verəcək.  Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi bildirib ki, Bakı Şəhər İcra hakimiyyətinin qərarı Konstitusiyanın və sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki, bundan əvvəl Bakı rəhbərliyi müxalifətin aprelin 21-nə təyin etdiyi mitinqə icazə verməkdən imtina edib. Bundan sonra Demokratik Qüvvələrin Milli Şurası mayın 5-nə yeni aksiya təyin edib, amma  hakimiyyət bunu da qadağan edib.

Müxalifət siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, quru sərhədlərinin açılması və digər  tələblərlə mitinq keçirməyi planlaşdırırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
1
turan.az

2Mənbələr