AZ

İğdırda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Bakı, 15 may, AZƏRTAC

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar Ulu Öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti barədə danışıb. O, Ümummilli Liderin Azərbaycanla Türkiyə arasındakı əlaqələrin daha da yaxınlaşması, möhkəmləndirilməsi üçün tarixi və strateji xidmətlərindən geniş bəhs edib.

Tədbirdə Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, İğdır Universitetinin müəllimi Sözer Akyıldırım və Fənn Liseyinin direktoru Yavuz Bağcı çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə ilə yanaşı, Türk dünyası qarşısındakı əvəzsiz xidmətlərinə toxunub, gənclərin Heydər Əliyevin siyasi irsini öyrənməsinin, onun Vətənə və Türk dünyasına sevgisindən nümunə götürməsinin vacibliyini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
azertag.az

1Mənbələr