AZ

Avropa dəhliz üçün Ermənistana pul ayırdı - Son tarix də açıqlandı

Ermənistan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şimal-Cənub dəhlizinin Qacaran-Sisyan yolunun (Zəngəzur bölgəsində) tikintisi üçün 236 milyon avroluq kredit sazişi imzalayıb.

Teleqraf.com xəbər verir ki, layihənin ümumi dəyəri təxminən 373 milyon avrodur.

Yeni yol şimal, cənub və mərkəzi hissələrə bölünəcək. Vəsait cənub hissəsinin tikintisinə sərf olunacaq. Yol Qacarandan Sisyana qədər olan məsafəni 118 kilometrdən 60 kilometrə qısaldacaq. Tikintinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
teleqraf.com

1Mənbələr