AZ

Qlobal neft tədarükü gündəlik 200 min barel azalıb - HESABAT

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının aprel ayında gündəlik təxminən 200 min barel azalaraq 102 milyon barelə düşdüyünü bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə IEA-nın aprel ayı üzrə neft bazarı hesabatında deyilir.

Məlumata görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı aprel ayında gündəlik 120 min barel artaraq 26 milyon 970 min barelə çatıb. Beləliklə, OPEC-in ötən ay ümumi neft hasilatı gündəlik 32 milyon 500 min barel olub.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik 310 min barel azalaraq 69 milyon 560 min barelə çatıb. Hesabata görə, Kanadada aparılan təmir işlərinin hasilatı azaltması və Rusiyanın "OPEC+" hasilatını qismən yerinə yetirməsi səbəbindən qlobal neft tədarükü azalıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
iqtisadiyyat.az

10Mənbələr