AZ

ABŞ-dən Çin mallarına QADAĞA: Bu məhsullara 100 faiz rüsum tətbiq olunacaq  

ABŞ hökuməti Çindən alınan mallara, əsasən də elektrik avtomobilləri və günəş panellərinin idxalına rüsumları kəskin şəkildə artırıb. İdxal zamanı elektrik avtomobillərinə görə ödənilən rüsum malın dəyərinin 100 faizi qədərində, günəş panellərinə görə malın dəyərinin 50 faizi qədərində olacaq. 

 

Sfera.az xəbər verir ki, ABŞ hökumətinin son qərarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bu addımın daxili bazarı qorumaq, Çinlə mübarizə aparmaq məqsədi daşıdığını bildirib. 

 

Amma ekspertin fikrincə, ABŞ bu cür sərt tədbirlərə əl atmaqla özünün liberal dəyərlərinə qarşı çıxır: “ABŞ-nin indiki administrasiyası, Demokratik Partiya dünyada “yaşıl gündəm”, “iqlim dəyişikliyi” kimi mövzuları qabardır, bu məsələləri dünyanın əsas prioriteti elan edir. Yaxşı, əgər əsas məsələ ekologiya, iqlimdirsə, bu sahədə pozitiv dəyişikliklərə xidmət etməli olan elektrik avtomobilləri və günəş panellərinə niyə ağır rüsum qoyub qiymətini artırmalısan ki?! Deməli, iqlim, ekologiya bəhanədir, məqsəd milli maraqlardır, biznesdir, puldur. 


ABŞ və Qərbi Avropanı inkişaf etdirən, rifah yaradan, iqtisadi və elmi yüksəlişə aparan yol iqtisadi liberalizm, azad bazar, rəqabətli mühit olub. Təəssüf ki, SSRİ dağılandan, dünyada tək və rəqibsiz güc olandan sonra kollektiv Qərb iqtisadi liberalizmdəm sosializmin və dövlət iqtisadiyyatının başqa bir forması olan “over-regulation”, yəni həddən artıq tənzimləmə modelinə keçdi, dövlətin iqtisadiyyata müdaxiləsinin yeni formalarını yaratdılar. Bu gün kollektiv Qərbin ən böyük problemi kapitalizmin bütün təməl prinsiplərini pozmasıdır. İndi Qərb dövlətləri iqtisadiyyata kəskin müdaxilə edir, müqəddəs olan, sistemin təməlini təşkil edən özəl mülkiyyəti tapdalayır”.


 
N.Cəfərli düşünür ki, Qərb hökumətlərinin bu cür davranışı uğurlu olmayacaq, problemlər yaradacaq. O hesab edir ki, iqtisadiyyatda əsl liberalizm yenidən hakim olmalıdır, iqlim dəyişikliyi, ekologiya kimi mövzulardan öz maraqları çərçivəsində istismara son qoyulmalıdır.

 

Vasif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
sfera.az

2Mənbələr