AZ

Qvardiola onun seyvindən sonra özünü itirdi: Elə reaksiya verdi ki...

"Mançester Siti" İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınmış matçda "Tottenhem"i səfərdə 2 cavabsız qolla məğlub edib.

Publika.az xəbər verir ki, matçın 86-cı dəqiqəsində hesab 1:0 olarkən maraqlı an yaşanıb. “Siti”nin qapıçısı Stefan Orteqa rəqib hücumçu Son Hın-Min təkbətək dueldə qalib gələrək super seyv edib və komandasının xal itirməsinə imkan verməyib.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bu epizoda çox maraqlı şəkildə reaksiya verib. Başını tutan mütəxəssis özünü itirərək yerə yıxılıb.

Qeyd edək ki, oyun heç-heçə bitsəydi, "Siti" Premyer Liqanın turnir cədvəlində "Arsenal"ı ötə bilməyəcəkdi. İndi Pep Qvardiolanın komandası Premyer Liqada finişə bir tur qalmış "topçular"ı 2 xal qabaqlayır və çempionluq şansı öz əlindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
publika.az

10Mənbələr