AZ

Bu ölkə Ukraynaya 1 milyon dollarlıq tibbi avadanlıq göndərib

İsveç Ukraynaya 14 milyon kron (1,3 milyon dollar) dəyərində tibbi avadanlıq paketi göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveç Sosial Təminat İdarəsi məlumat yayıb.

Məlumata görə, Ukraynada səhiyyə böyük gərginlik altındadır və tibbi avadanlıqlara ehtiyac böyükdür.

Qeyd edək ki, İsveç 2022-ci ilin fevralından bəri yeddinci dəfə Ukraynaya tibbi avadanlıq göndərib. Ümumi yardımın dəyəri 60 milyon kron (5,6 milyon dollar) təşkil edir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
iqtisadiyyat.az

1Mənbələr