AZ

Qəzzada İsrailin ordusunun geri çəkildiyi məhəllədə çox sayda fələstinlinin cəsədi tapıldı

İsrail ordusunun bir həftəlik quru hücumundan sonra geri çəkildiyi Qəzza şəhərinin əl-Zeytun məhəlləsindən çoxlu cəsədin çıxarılıb.

Sitat.info xəbər verir ki, bunu Qəzza Mülki Müdafiə qruplarının komandanlığı açıqlayıb.
İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, İsrail ordusu qüvvələri təxminən bir həftədir əməliyyat keçirdikləri əz-Zeytun məhəlləsindən geri çəkilib.

Xəbərdə ordu qüvvələrinin zərurət yaranarsa məhəllədə yenidən hərbi əməliyyatlara başlayacağı ilə bağlı təhdid də yer alıb.

Digər tərəfdən, Anadolu Agentliyinin müxbirinə danışan şahidlər, İsrail hərbi maşınlarının Fələstinlilərin evlərinə pulemyotlardan atəş açaraq geri çəkildiyini bildirib.

Şahidlər İsrail qüvvələrinin Qəzza zolağının şimalını cənubdan ayıran Netzarim dəhlizinə doğru geri çəkildiyini bildiriblər.

Mayın 9-da İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Qəzza şəhərinin Zeytun rayonuna ikinci dəfə havadan və qurudan hücuma keçib. 

Hücumlarda çox sayda insanın həyatını itirdiyi və yaralandığı bildirilir, yüzlərlə fələstinlinin Zeytun və Tel əl-Heva məhəllələrini tərk etməli olduğu qeyd edilir.

İsrail ordusu bundan əvvəl də fevralın 21-də eyni bölgədə əməliyyat keçirib və yüzlərlə insan didərgin düşüb.

Qəzza Mülki Müdafiə sözçüsü Mahmud Basal, AA müxbirinə verdiyi açıqlamada, mülki müdafiə qruplarının İsrail ordusunun hücumu zamanı ölənləri axtarmağa davam etdiyini söyləyib: "İsrail ordusu Zeytun məhəlləsindən geri çəkildikdən sonra qruplarımız 10 fələstinlinin cəsədini Zeytun və Sabra Sağlamlıq Mərkəzindən çıxarıb"

Şahidlərin sözlərinə görə, İsrail ordusu bir həftədir davam edən quru hücumu nəticəsində evlərdə və kənd təsərrüfatında böyük dağıntılar törədiblər. Zeytun məhəlləsinin küçələrində partlamış avtomobillərin, dağılmış evlərin və binaların olduğu, İsrail ordusuna aid sursat qalıqlarının tapıldığı bildirilir.

Seymur,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
sitat.info

1Mənbələr