AZ

“Aston Villa” buna 41 ildən sonra nail oldu

Premyer Liqanın 34-cü turunda “Mançester Siti”nin səfərdə “Tottenhem” üzərində qələbəsi (2:0) “Aston Villa” düşərgəsini sevincə qərq edib.

Arena.az məlumat verir ki, məhz bu nəticə sayəsində sözügedən komanda Premyer Liqanın yarış cədvəlində 4-cü pillədə mövqeyini təmin edib.

Bu da “şirlər”ə növbəti, 2024/2025-ci illər mövsümündə UEFA Çempionlar Liqasında iştirakı təmin edib.

Beləliklə “Aston Villa” 41 ildən sonra qitənin ən mötəbər klub yarışına qayıdıb. “Tottenhem” isə müvafiq imkanını itirib və növbəti mövsümdə Avropa Liqasında iştirak üçün son turda tər tökməli olacaq.

37 oyundan 68 xalla “Aston Villa” 4-cü, 63 xalla “Tottenhem” isə 5-ci pillədə qərarlaşıb. Premyer Liqaya 88 xalla “Mançester Siti” başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
arena.az

1Mənbələr