AZ

Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir

Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının büdcəsi tükənir.

ESPN xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin direktoru Etyen Tobua açıqlamasında bildirib.

Yarışın təşkili və keçirilməsi xərcləri təxminən 9 milyard avro olacaq.

"Biz bəzi fövqəladə ehtiyatlar saxlamışıq və ümid edirik ki, bunların hamısından istifadə etməyəcəyik", - deyə Etyen Tobua vurğulayıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək. Paralimpiada isə avqustun 28-dən sentybarın 8-dək baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
8
yeniazerbaycan.com

9Mənbələr