AZ

“Mançester Siti” və “Jirona” Çempionlar Liqasında oynamaya bilər

UEFA hər iki klubun gələn mövsüm Çempionlar Liqasında mübarizə apara bilməsi üçün “Mançester Siti”nin sahiblərindən “Jirona”dakı paylarının bir hissəsini satmağı tələb edir.

Lent.az-ın xəbərinə görə, ayın əvvəlində “Jirona” La Liqanın turnir cədvəlinin ilk 4-lüyündə yer almağı təmin edib ki, bu da Kataloniya klubuna tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ verir.

UEFA qaydalarına görə, iki klub eyni sahibə məxsus olduğu halda, eyni avrokubok yarışmasında oynaya bilməz. 2017-ci ilin avqustunda “Mançester Siti”nin sahibi olan “City Football Group” holdinqi “Jirona”nın səhmlərinin 44,3 faizini alıb, üç ildən sonra isə klubdakı payını 47 faizə çatdırıb.

“Jirona” iyunun 3-dək UEFA-ya “Mançester Siti”dən təşkilati müstəqilliyə dair sübut təqdim etməlidir. Bu, “City Football Group”dan klublardan birindəki payını 30 faizdən aşağı salmağı tələb edir.

Əks halda, “Jirona” Çempionlar Liqasından Avropa Liqasına keçəcək, La Liqada 5-ci pillədə qərarlaşan Bilbao “Atletik”i isə əsas avrokubok turnirində oynamasını iddia edə biləcək.

Bundan əvvəl UEFA “Mançester Siti” və “Jirona”ya futbolçu transferini və bir-birinə icarəyə verməsini qadağan edib. Məhdudiyyət 2025-ci ilin sentyabr ayına qədər qüvvədədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
medianews.az

1Mənbələr