AZ

Qətlə yetirilən Müsavat fəalı ilə bağlı partiyadan açıqlama: “Hazırda “morq”dadır...”

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının itkin düşmüş fəalı Natiq Ulubəyin qətlə yetirildiyi məlum olub.

Onun nə zaman dəfn olunacağı ilə bağlı Müsavat Partiyası ilə bağlı əlaqə saxladıq.

“Cebhe.info”-ya danışan Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı deyib ki, Natiq Ulubəylinin dəfni ilə bağlı məsələlərlə ailəsi məşğul olur:

“Biz də məlumatı ailəsindən alırıq. Bizə verilən məlumata görə, Natiq bəyin dəfn olunması üçün bacısının Bakıya gəlməyini gözləyirlər. Onun bacısı Avropa yaşayır. O gələndən sonra dəfn olunacaq. Natiq Ulubəyin nəşi hazırda “morq”dadır. Sabah, ya da biri gün Natiq bəy dəfn olunacaq”. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Natiq Ulubəyin öldürülməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, 1964-ci il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı, 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən Elsəvər İslamov saxlanılaraq istintaqa təhvil verilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
cebheinfo.az

1Mənbələr