AZ

Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında COP29-a həsr olunmuş tədbir keçirilir

Parisdə

Paris, 15 may, AZƏRTAC

Parisdə Beynəlxalq Enerji Agentliyinin (BEA) qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyana həsr olunmuş “COP29-BEA enerji keçidi yüksək səviyyəli dialoq” adlı konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, toplantıda müxtəlif ölkələrin aidiyyəti nazirləri, COP 26, 27, 28 və 29-un prezidentləri, beynəlxalq təşkilatların rəhbərləri, Fransada akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri iştirak edirlər.

Konfransda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, eləcə də digər nazirlər və COP prezidentləri çıxış edəcək, enerji keçidinə dair fikirlərini bölüşəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
azertag.az

3Mənbələr