AZ

“Kanal 11” təsisçisinin işi üzrə məhkəmə istintaqı mayın 29-na təyin edilib

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 11” İnternet TV-nin rəhbəri Teymur Kərimovun işi üzrə hazırlıq iclası başa çatıb.

Mahiyyəti ürə dinləmələr mayın 29-na təyin edilib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, məhkəmə Kərimlinin ev dustaqlığına buarxılması ilə bağlı müdafiə tərəfinin ərizəsini təmin etməyib. Məhkəmə iclası zamanı Kərimov bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu yoluyla tələb etmək ittihamını qəbul etmir. O, jurnalist fəaliyyətilə əlaqədar sifarişlə həbs olunduğunu deyib.

Xatırladaq ki, Kərimov 2023-cü ilin dekabrında Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2 (dəfələrlə təhdid yolula tələb etmə), 182.2.4 (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə tələb etmə) və 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tələb etmə) maddələrilə həbs edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
turan.az

1Mənbələr