AZ

Prezident qəbul keçirdi - Fotolar - Yenilənib

“Bakcell” Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli yeni məhsulunu - “F1 Star” fiber internet paketini təqdim edir.

“Ölkənin ən sürətli mobil operatoru” şüarı ilə bütün ölkəyə bənzərsiz internet sürəti təmin edən “Bakcell”, bu dəfə yeniliyi evlərə gətirir. Özündə mesh Wi-Fi ruterləri birləşdirən məhsul, evin sahəsindən və mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni yüksək sürət performansını göstərəcək.

1 Gigabit sürət imkanına malik F1 Star məhsulu 14 may 2024-cü il tarixindən etibarən abunəçilərin ehtiyaclarını qarşılamaq üçün hazırlanmış müxtəlif planları ilə satışa çıxarılıb. Bakcell-in təqdim etdiyi bu eksklüziv məhsul ilə abunəçilər dəyərli anlarını kəsintisiz və sürətli ev interneti vasitəsilə yaşaya bilərlər.

“F1 Star-ın ən sürətli sabit internet olması ilə yanaşı, Bakcell-in mükəmməlliyə, innovasiyaya və Azərbaycan xalqına sadiqliyini təmsil edir. Hədəfimiz yeni məhsulla yanaşı, bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli sabit şəbəkəni təmin edərək, dəyər təkliflərini artırmaqdır. Yeniliklərimiz bununla bitmir, yaxın gələcəkdə abunəçilər üçün faydalı bir neçə məhsul seriyası təqdim edəcəyik” - deyə “Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller bildirib.

Qeyd edək ki, “Bakcell” 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
nuh.az

1Mənbələr