AZ

ABŞ-dan "Raiffeisen Bank"aXƏBƏRDARLIQ MƏKTUBU

Avstriyanın “Raiffeisen Bank International” (RBI) bankı ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo tərəfindən imzalanmış məktub alıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Məktubda bildirilir ki, Rusiyadakı əməliyyatlara görə bank Amerikanın maliyyə sistemindən çıxarıla bilər.

Məktubda RBI-nin Avstriyanın “Strabag” tikinti konserninin payını 1,5 milyard dollara almaqla bağlı narahatlığı ifadə olunub. Məsələ ondadır ki, həmin pay sanksiyaları altında olan rusiyalı iş adamı Oleq Deripaskaya məxsusdur.

ABŞ tərəfindən məktub mayın 6-da göndərilib və iki gün sonra RBI müqavilədən imtina edib. Buna baxmayaraq, Reuters-in mənbəsinin xəbərinə görə, ABŞ Raiffeisen Bank-ın Rusiyadakı biznesindən narahatdır.

RBI sözçüsü bildirib ki, bank Rusiyadakı fəaliyyətini “əhəmiyyətli dərəcədə azaldıb” və sanksiyalarla bağlı riskləri azaltmaq üçün tədbirlər görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
ikisahil.az

1Mənbələr