AZ

“Paşinyanın üçün Danimarkaya səfər əhəmiyyətli deyildi“ - Politoloq

"Ermənistanda aksiyaların davam etdiyi vaxta baş nazirin Danimarkaya səfər etməsi hakimiyyətindən arxayn olduğunu göstəricisidir"

Politoloq Elşən Mustafayev bunu News365.az-a açıqlamasında deyib.

"Paşinyan Danimarkaya səfərə gedib. Ora getməsə belə Paşinyan onlayn qaydada və yaxud telefon vasitəsilə danışıqları həll edir. İndiki zamanda tədbirdə iştirak etmək də Paşinyan üçün o qədərdə əhəmiyyətli deyildi. Mən hesab edirəm ki, burda əsas səbəb Ermənistan ictimaiyyətinə, Ermənistan cəmiyyətinə Paşinyan hakimiyyətinin öz hakimiyyətindən nə qədər arxayn olduğunu göstərməkdir. Çünki proseslərin gedən vaxtında Paşinyan Ermənistan əyalətlərində idman məktəbləri açmağa gedir. Ermənistanın mərkəzində kütləvi aksiyalar gedir, hər kəs elə hesab edir ki, bu gün, sabah Paşinyan istefaya göndəriləcək. Paşinyan  çox rahat şəkildə insanlarla görüşə gedir"- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
news365.az

1Mənbələr