AZ

Azərbaycanın Şimal-Cənub, Qərb-Şərq istiqamətləri üzrə tranzit üçün rolu vacibdir - PCC

Bakı. Trend:

Azərbaycan Şimal-Cənub, Qərb-Şərq istiqamətləri üzrə yerüstütranzit layihələrinin icrası üçün strateji coğrafi mövqeyəmalikdir.

Trend xəbərverir ki, bu barədə Regional Rabitə Birliyinin (RCC) baş direktoruAleksey Borodin Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalqkonfransında çıxışında deyib.

O, həmçinin, Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkilişiüzrə layihənin əhəmiyyətini vurğulayaraq layihənin regionun, ocümlədən, Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrininkişafına səbəb olacağını qeyd edib.

"Azərbaycan hazırda bir çox dünya reytinqlərində lider mövqeyəmalikdir. Ölkədə rabitə infrastrukturu sürətlə inkişaf edir.Azərbaycan Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şurasındatəmsil olunub, ölkənin, həmçinin, Beynəlxalq Elektrik Rabitəsiİttifaqının Radio Tənzimləmə Komitəsində nümayəndəsi var", - deyəBorodin əlavə edib.

Onun sözlərinə görə, hazırda əsas məsələ süni intellekttexnologiyalarının inkişafıdır. Borodin qlobal peyk internetininyayıldığını və MDB ölkələrində inkişafının əhəmiyyətini qeydedib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024"beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyiciqurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarınınrəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digəriştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
az.trend.az

1Mənbələr